Qastrit əleyhinə təsirli qidalar

10 Dekabr 2016 22:45

Tünd yaşıl yarpaqlı tərəvəzlər: Qastriti və ya mədə xorası olan xəstələr tünd yaşıl yarpaqlı tərəvəz istehlakını artırmalıdır.

Bu növ tərəvəzlər A, C , K vitaminləri ilə folium, dəmir və kalsium baxımından zəngindir. Bu vitaminlər və minerallar mədənin öz özünü müalicəsi prosesinə dəstək olur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, sadəcə, müalicə dövründə deyil, xəstəliyin təkrarlanmaması üçün də gül kələmi, qara kələm, ispanaq, yaşıl noxud və yaşıl lobya kimi tərəvəzləri qidalanma proqramınıza əlavə etməlisiniz.
Az yağlı zülal qaynaqları: Zülal, orqanizmə lazım olan enerjini təmin etməklə yanaşı, zədəli hüceyrələrin bərpa olunması üçün də lazımdır.
Qastriti olanlar çox yağlı zülal qaynaqları əvəzinə az yağlı olanları seçməlidirlər.
Flavonoidləri ehtiva edən qidalar: Parlaq rəngli meyvə və tərəvəzlərdə bol miqdarda olan flavonoidlər qastritə səbəb olan helikobakter bakteriyası ilə mübarizə apararaq, təsirlərini azaldır və qastrit yayılmasını, xoraya çevrilməsini əngəlləyir.
Flavonoidlər baxımından zəngin qidalar arasında kərəviz, zoğal, alma, yaşıl çay, gilas, balqabaq və istiotu nümunə kimi qeyd etmək olar.
 

Milli.Az