Doğuşdan sonra hamiləlikdə artan tüklərin böyük qismi özbaşına yox olur. Bu səbəbdən də epilyasiya üsullarının doğuşdan sonraya təxirə salınması əslində daha uyğun bir yanaşmadır.
Bir çox ana namizədi hamiləlik hormonlarının da təsiriylə artan tüklənmədən narahat olurlar. Onlar nəzərə alsınlar ki, doğuşdan sonra bu tüklər öz-özünə tökülür. Bu səbəbdən də epilyasiya etdirməyə tələsməsinlər. mütəxəssislər onu da bildirir ki, lazer və elektroliz kimi müasir epilyasiya üsullarının körpəyə və anaya hər hansı bir zərəri yoxdur. Bu üsullardan hamiləliyin əvvəlində və ya hamiləlik əsnasında istifadə edilməsi bir çox ana namizədlərini narahat edir. Uşağın və ananın sağlamlığı baxımından bu mövzusunda bir çox suallar ortaya çıxır.
Milli.Az lent.az-a istinadən hamiləlik dövründə epilyasiya etdirməklə bağlı mütəxəssislərin fikirləri ilə sizi də tanış edir.
Lazer işıq enerjisi istifadə edilən bir texnikadır. Ortaya çıxan elektromaqnit işıldama rentgendə istifadə edilən X-şüalarından fərqlidir və toxuma içində irəliləmə xüsusiyyəti yoxdur. Yəni ki, bu şüa sizi tüklərdən xilas edərkən toxumalarınıza da təsir edəcəyindən narahat olmağa dəyməz. Lazer epilyasiyası işığı yalnız əməliyyatın edildiyi sahəyə, məsələn yalnız üzə təsir edir və təsir sahəsi yalnız bir neçə milimetrlə məhdudlaşır. Bu səbəbdən də ananın qarnında olan körpəyə çatması və ya zərər verə bilməsi mümkün deyil. Bənzər şəkildə radio dalğalarıyla işləyən epilyasiya sistemləri də körpə ilə əlaqəli risk daşımır. Bu cihazlar X işığı ilə işləyən rentgen cihazlarına nisbətən daha aşağı tezlik və enerjidə radiasiya ilə işləyir. Bundan daha əhəmiyyətlisi isə budur ki, haqqında dnaışılan radiasiya, ionlaşdırıcı xüsusiyyəti olmayan radiasiyadır. Əməliyyat bitdikdə ortada radiasiya da qalmır. Bu səbəbdən də hamiləlikdə istifadəsi ilə əlaqədar risk haqqında söhbət gedə bilməz.
Elektroliz
Epilyasiyanın digər növü olan elektroliz bir az fərqli bir üsuldur. Burada dəri içinə yerləşdirilən kiçik və incə iynə köməyi ilə elektrik cərəyanı verilərək qıl kökü məhv edilir. Elektroliz 100 ildən uzun bir zamandır ki, istifadə edilir və bu günə qədər hamiləlik üzərində heç bir mənfi təsiri aşkarlanmayıb.
Bununla yanaşı onu da qeyd edirlər ki, döşlərin ucunda olan qıllar üçün hamiləliyin son dövrlərində elektroliz edilməsi təklif olunmur. Bu təklif xüsusilə əmizdirmək istəyən ana namizədləri üçün əsaslanır. Bənzər formada son 3 aya girildikdən sonra qarın üzərindəki tüklər üçün də elektroliz təklif edilmir. Lakin əsla "son 3 ay təhlükəlidirsə əvvəlki aylarda niyə təhlükəli deyil?" sualı ilə ziddiyyətə qapılmayın. Bunun səbəbi körpənin zərər görmə riski deyil. Sadəcə olaraq hamiləliyin son vaxtlarında dəri, xüsusilə qarın dərisi çox həssas olur. Bununla yanaşı, son dövrlərdə qarın üzərində edilən əməliyyat, körpənin çox hərəkət etməsinə səbəb ola bilər. Körpənizin rahat olması üçün son 3 ay qarnınızı narahat edən heç nə tətbiq etməyin. Xüsusən də elektroliz etdirməsəniz daha yaxşı olar.
Həm körpənin hərəkətləri, həm də əməliyyat əsnasında duyula biləcək yüngül ağrı ana namizədini narahat edə bilər. Elektroliz mütləq uyğun gigiyena və steril şərtlərinə sahib yerlərdə edilməli. Əks təqdirdə, hər əməliyyatda ola biləcəyi kimi, bunda da infeksiya riski var.
Milli.Az