Türkmənistan Xəzərdə süni ada yaradır

6 Dekabr 2016 13:15

Türkmənistanda mütəxəssislər Türkmənbaşı körfəzi akvatoriyasında yaradılacaq süni ada üçün quraşdırılmış baza platformasının monitorinqini həyata keçirirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmin obyektin inşasına iki il əvvəl başlanılıb. Bu işlər beynəlxalq dəniz limanının tikintisi zamanı başlayıb. Bölgənin perimetri 7 kilometr, ərazisi 160 hektar təşkil edir.

Qəzet yazır ki, bu ərazidə əhəmiyyətli ölçülərdə şəhər yerləşə bilər. Bu ada salındıqdan sonra onu ekoloji turizm mərkəzi kimi istismar etmək planlaşdırılır.

Milli.Az