Avropaya yeni terror XƏBƏRDARLIĞI

2 Dekabr 2016 13:46

"Europol" (Avropa İttifaqı polisi - "Report") terrorçu İŞİD qruplaşmasının yaxın günlərdə Avropada yeni terror aktları planlaşdırdığı barədə xəbərdarlıq edib.

Milli.Az report-a istinadən xəbər verir ki, qurum dekabrın 2-də bununla bağlı hesabat yayıb.
Məlumata görə, İŞİD-in İraq və Suriyada verdiyi itkilər onun Avropanın qərb hissəsində yeni terror aktları törədəcəyi təhlükəsini artırır.
Hesabatda bildirilib ki, Avropa İttifaqına üzv dövlətlərin ərazisində terror aktlarını bir nəfər, yaxud qrup da törədə bilər.
Xəbərə görə, terror aktlarının Almaniya, Belçika, Niderland və Britaniya ərazilərində törədilməsi ehtimalı böyükdür.
Məlumatda qeyd olunub ki, Avropa İttifaqı ölkələrində onlarla potensial terrorçu var.

Milli.Az