Bakıda Türkiyə vətəndaşını avtomobil vurub

2 Dekabr 2016 14:09

Bakıda Türkiyə vətəndaşını avtomobil vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 
Oradakı "McDonald`s" restoranından çıxaraq yolu keçmək istəyən Türkiyə vətəndaşı Özkurt Mehmedi avtomobil vurub. Nəticədə M.Özkurt ağır bədən xəsarətləri alıb. O, təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər M.Özkurtun vəziyyətini ağır kimi qiymətləndiriblər.
Hadisəni törədən sürücünün izahatı alınıb və avtomobili cərimə meydançasına aparılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar davam edir. 

Milli.Az