Elza Seyidcahan: "O yaramaz xalqın qarşısında cəzalanacaq"

2 Dekabr 2016 13:57

"Mənim adımdan saxta şeirlər yazanlar məhkəməyə veriləcək".

Milli.Az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan onun adından yazılan saxta şeirlərə münasibət bildirərkən deyib. Elza Seyidcahan bunun ona qarşı təxribat olduğunu bildirib:

"Bu, cinayətdir. Artıq neçənci dəfədir ki, bu cinayət mənə qarşı işlənilir. Bu adam tək deyil, ətrafı var. Bununla bağlı vəkilimə göstəriş vermişəm. Müəyyən tədbirlər görülüb. Mənim mövqeyim olmadan yazı verən saytlar da adımdan şeir yazanla birlikdə məhkəmədə cavab verəcəklər".

Elza Seyidcahan onun adından yazılan şeirlərdə məmurların da adının hallandırıldığını vurğulayıb: 

"Bunlar öz yaramaz əməllərini mənim adım altında yayırlar ki, oxunsun. Bunun əsl mənbəyi tapılacaq, yaramazlar, onlar cəzalarını alacaqlar. O yaramaz xalqın qarşısında cəzalanacaq. Bu gün adımdan çox şeirlər yazıblar. Gah məmurlarımıza söz atırlar, gah da Roma Papasına şeir yazırlar. Elzanın adı altında gizlənən yaramaz. Adımdan danışan şəxs məsuliyyət daşımalıdır. Mən heç öz uşağımın adından danışa bilmərəm. Hər kəsin haqqı və hüququ var. Elza Seyidcahan tanınan insandır deyə, onun adından şeirlər yazıb paylaşırsınız. O, qanun qarşısında cavab verəcək".

Milli.Az