Yanan evdə tüstüdən boğulub öldü

2 Dekabr 2016 12:39

Bakı sakini evində tüstüdən boğularaq ölüb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, dekabrın 1-də saat 18 radələrində Pirallahı rayonu ərazisində yaşayan Tofiq Səfibəyovun evində yanğın baş verib.

Yanğın söndürüldükdən sonra tüstüdən boğulmuş T.Səfibəyovun meyidi tapılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az