BP-nin Ali Neft Məktəbinə qiymətli hədiyyəsi

2 Dekabr 2016 11:58

Bakı Ali Neft Məktəbinin (BANM) kitabxanasına BP tərəfindən kitab kolleksiyası hədiyyə olunub. Kolleksiya riyaziyyat, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, ingilis dilinin qrammatikası, bədii ədəbiyyat və soraq materiallarından ibarətdir.

BP kimi şirkətlərdən daxil olmuş hədiyyələr kitabxanaya maddi və mənəvi dəstək olmaqla, BANM-in tədris, elm, o cümlədən mədəniyyət mərkəzi funksiyasını yerinə yetirməsinə yardımçı olur.

Milli.Az xəbər verir ki, BP-nin bu addımını Ali Məktəbin 5 illik yubileyi ərəfəsində kitabxana kolleksiyasının inkişafına etdikləri töhfə kimi qiymətləndirən BANM-in rəhbərliyi BP şirkətinə xüsusi minnətdarlıq bildirib.

Milli.Az