"Trabzonspor" zəif rəqiblə də bacarmadı

2 Dekabr 2016 14:18

Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinə start verilib.

Goal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" da növbəti sınağına çıxıb.

Sözügedən klub doğma meydanda aşağı liqa təmsilçisi "Gümüşhanespor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan gözlənilməz məğlubiyyətlə ayrılıb - 1:2.

Şeydayevin adı ilk "18-lik"də yer alsa da, meydana buraxılmayıb. 

Milli.Az