Arda Turanla bağlı ŞOK İDDİA

2 Dekabr 2016 11:31

Türkiyə millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turan barədə növbəti məlumatlar dərc olunub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ispaniyalı jurnalist Julian Karasko xəbərdə qeyd edib ki, A.Turan qumara qurşanıb.
 
Jurnalist məlumatda onu da deyib ki, türkiyəli futbolçudan savayı "Barselona"nın bir neçə futbolçusu da qumar oynayır: "Arda poker oyununa bağlanıb. O, "Herkules"lə oyununda xəyallarda idi. Ağlı futbolda deyildi. Bu hərəkəti ilə "Barselona"da forma şansı qazanmaq çox çətin görünür. Ancaq Messi, Suares, İniesta, Neymar ve Pike kimi oyunçularla dostluğu sayəsində çox müzakirə, tənqid olunmur. Klubda olan dostları onu mediaya qarşı qoruyurlar".

Milli.Az