Əl çantasından "beşbarmaq" çıxdı

2 Dekabr 2016 10:41

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının əl çantasına gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, baxış zamanı həmin çantada gömrük orqanına bəyan olunmayan 1 ədəd "beşbarmaq" aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az