Azərbaycan neftinin qiyməti xeyli bahalaşdı

2 Dekabr 2016 09:57

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 3,47 dollar və yaxud 6,72% artıb.

Milli.az report-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 55,11 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Milli.Az