Ermənilər cəbhədə fəallaşdılar

2 Dekabr 2016 09:54

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 56 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kəmərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, işğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şirvanlı, Çıraqlı, Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Milli.Az