ABŞ-da avtomobil supermarketə çırpılıb: 3 ölü

2 Dekabr 2016 08:33

ABŞ-ın Ayova ştatının Pella şəhərində minik avtomobili supermarketə sürətlə çırpılıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.

Alıcıları təcili evakuasiya olunub, hadisə yerinə polis və həkimlər cəlb olunub.

Avtomobilin sürücüsü sağ qalıb. Baş vermiş faktla bağlı araşdırma aparılır.

Milli.Az