Bakıda 3 otaqlı ev yanıb

2 Dekabr 2016 08:17

Bakı şəhəri Suraxanı rayonunda sahibi məlum olmayan ümumi sahəsi 40 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağına yığılmış məişət tullantıları 15 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az