Bakıda 48 yaşlı kişinin meyiti tapılıb

1 Dekabr 2016 22:23

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın  Xətai rayonunda evdə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az FHN-nin saytına istinadən bildirir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq evin qapısını açıb və 1968-ci il təvəllüdlü Əliyev Rauf Rəis oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. 

Milli.Az