İtaliyada neft zavodu partladı

1 Dekabr 2016 22:22

İtaliyanın Sannadzaro-de-Burqondi  "Eni" neft-qaz şirkətinin neft emalı zavodunda güclü partlayış baş verib.      

Milli.Az APA-ya istinadən xəbər verir ki, partlayışdan sonra zavodun ərazisində bir neçə kilometr aralıdan müşahidə olunan güclü yanğın baş verib.
 
Yanğının söndürülməsinə onlarla yanğınsöndürən maşın cəlb edilib.  
 
Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.
 
Partlayışın səbəbləri hələlik elan olunmayıb.

Milli.Az