Rusiya kosmik gəmisini itirdi - VİDEO

1 Dekabr 2016 22:16

Rusiya "Proqress MS-04" kosmik nəqliyyat-yük gəmisini (NYG) itirib.
Milli.Az bildirir ki, "Roskosmos"dan verilən məlumata görə, NYG Tuva ərazisi üzərində, 190 km yüksəklikdə sıradan çıxaraq aşağı düşməyə başlayıb.

"Gəminin itirilməsi Beynəlxalq Kosmik Stansiyasnın normal çalışmasına və fəaliyyətinə təsir etməyəcək", - "Roskosmos"un açıqlamasında deyilir.
"Proqress MS-04" TYG-ni kosmosa çıxaraq "Soyuz-U" daşıyıcı raketinin buraxılışından 383 saniyə sonra gəmidən Yerə telemetrik göstəricilərin ötürülməsi dayanıb. Nasazlıq üçüncü pillə mühərriki olan RD-0110-un çalışdığı zaman baş verib.

"Soyuz-U" raketi bu gün Moskva vaxtı ilə 17:52-də Qazaxıstandakı Baykonur kosmodromundan buraxılıb.

"Proqress MS-04"-də 2,5 ton müxtəliv yük, habelə BKS üçün yanacaq, su, kosmonavtlar üçün hava, ərzaq, paltar, dərman preparatları və elmi avadanlıq vardı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiya kosmik gəmisini itirdi