Tırtıllı təcili yardım maşınları - Bakıda görsəniz təəccüblənməyin - VİDEO

1 Dekabr 2016 21:16

Tırtıllı təkərləri ilə istənilən ərazidəki yardım çağırışlarına getmək mümkün olacaq.

Xüsusən də qış aylarında xəstələrə vaxtında yardım etmək məqsədi ilə Bakıya qarlı və şaxtalı havada rahat hərəkət etməsi üçün tırtıllı 3 təcili yardım avtomobili gətirilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu avtomobillər Bakıda yoxuşlu yolların çox olduğu ərazilərində istifadə ediləcək.

Tırtıllı ambulansların xarici görünüşü digərlərindən fərqlənsə də ilkin tibbi müdaxilə üçün içində bütün lazımi avadanlıqlar var.

Tırtıllı təcili yardım avtomobilləri tam olaraq dekabrın 21-dən sonra hazır vəziyyətə gətiriləcək.

Bundan əlavə təcili tibbi yardım stansiyalarına hər iki oxu çəkən avtomobillər də paylanılıb.

Milli.Az