Rusiya Türkiyənin təkidindən narahatdır

1 Dekabr 2016 20:21

Rusiya Xarici İşlər Nazirliyi, Türkiyənin Suriyada "rejim dəyişikliyi" ilə bağlı təkidindən narahatlıq keçirdiyini bildirir.

Rusiyanın İnterfax agentliyinə əsasən, Rusiya Xarici İşlər Nazirliyi, Suriya dövlət başçısı Bəşər Əsədin postundan ayrılması yönündə Türkiyənin israrlı olması və bunu hərbi güc ilə dəstəkləməsindən narahatdır.

Milli.Az BBC-yə istinadən bildirir ki, Rusiya Xarici İşlər nazirinin köməkçisi Sergey Ryabkov, "Bölgədə ABŞ və müttəfiqlərinin Suriya siyasəti ilə bağlı açıqlamaları haqqında heç vaxt illüziya görmədik. Bu məqsədlər heç zaman gizli olmayıb. Washington və Ankarada ən yüksək səviyyədə təkrarlandığını bilirik. Bu paytaxtlar, Suriyanın gələcəyində Əsədi görmür," deyib.

Ryabkov, bu məqsədin gerçəkləşməsi üçün həyata keçirilə biləcək hərbi əməliyyatlara görə narahat olduqlarını əlavə edib.

Erdoğan və Putin telefon əlaqəsi saxlayıblar

Prezident Recep Tayyip Erdoğan-ın Fərat Qalxanı Hərəkatı ilə bağlı ötən gün verdiyi açıqlmada, "Biz oraya başqa bir şey üçün deyil, dövlət terroru ilə məşğul olan zalım Əsəd-in hökmranlığına son qoymaq üçün daxil olmuşuq," söyləyib.

Rossiya 1 telekanalı isə dünən axşam Rusiya Dövlət Administrasiyasının sözçüsü Dmitry Peskov-un sözlərinə istinadən, Moskvanın Erdoğan-ın sözləri ilə bağlı açıqlama gözlədiyini bildirib.

Bu yayımdan bir saat sonra isə Rusiyanın 1-ci telekanalı, Ankaranın təşəbbüsü ilə Rusiya dövlət başçısı Vladimir Putin və Erdoğanın telefonla danışdığı bildirib.

Doğan Xəbər Agentliyinin telefon əlaqəsi ilə bağlı prezident administrasiyasından əldə etdiyi məlumata əsasən, ikili münasibətlərlə yanaşı Hələbdəki insan faciəsi barədə danışılıb.

Beləliklə, bu, iki lider arasında bir həftə ərzində üçüncü telefon danışığı olub.

HələbHər iki liderin Hələbdə döyüşlərin dayandırılması və şəhərdəki mülkilərə yardım çatdırılması üçün edilən səylərin sürətləndiriməsilə bağlı həmrəy olduqları bildirilir.

Fərat Qalxanı

Prezidentin köməkçisi Nurettin Canikli isə dünən gecə TGRT telekanalında verdiyi müsahibədə, "Rusiya ilə münasibətlər müsbət yönümdə inkişaf etməsəydi, Fərat Qalxanı əməliyyatı ilə bağlı bu qədər rahat davrana bilməzdik," söyləyib.

Canikli, eyni zamanda Erdoğan və Putin arasındakı həmrəy fikirlərə rəğmən, Türkiyənin, Suriya ilə əlaqədar ilk günkü siyasətinə sadiq qaldığını əlavə edib.

Lavrov təyyarə "böhranından" sonra, ilk dəfə Türkiyədə

Digər tərəfdən Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyə-Rusiya Ortaq Strateji Planlama Qrupu toplantısında iştirak etmək üçün dünən axşam Alanya-ya gəlib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Xarici İşlər naziri Mevlüt Çavuşoğlu-un dəvəti ilə təyyarə "böhranından" sonra, ilk dəfə Türkiyəyə gəlib.

Keçən ilin 24 noyabrında Rusiya təyyarəsinin vurulmasından sonra, Türkiyə ilə Rusiya arasında soyuyan münasibətlər, bu il baş tutan siyasi danışıqlar nəticəsində normallaşmağa başlayıb.

Milli.Az