Dəniz quldurları rus dənizçilərini girov götürdülər

1 Dekabr 2016 19:32

Rusiyanın Nigeriyadakı səfirliyi 3 rusiyalı dənizçinin nigeryalı piratlar tərəfindən ələ keçirildiyini təsdiq edib.

Milli.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu "İnterfaks" agentliyi səfirliyə istinadən bildirir.

Səfirliyin məlumatına görə, dənizçilərin ələ keçirilməsi barədə məlumat ötən axşam əldə edilib.

Daha əvvəl Yunanıstana məxsus, Panama bayrağı altında üzən "Saronik Briz" gəmisinin noyabrın 29-da Benin sahillərində piratlar tərəfindən ələ keçirildiyi barədə məlumat verilmişdi.

Milli.Az