Çavuşoğlu Azərbaycana gəlir

1 Dekabr 2016 18:50

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü Azərbaycana işgüzar səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə məlumatlı mənbədən bildirilib.

Səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər planlaşdırılıb. Danışıqlar zamanı regiondakı hadisələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Milli.Az