"1000 manatlıq televizoru 100 manata vermişik" - Bakıda oğru dəstə saxlanıldı - VİDEO - FOTO

1 Dekabr 2016 17:05

Paytaxtın Binəqədi rayonunda yaşayış evlərinə qənim kəsilən dəstəni polis ifşa edib. 4 nəfər saxlanılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Sulutəpə və Biləcəri qəsəbələrində yaşayan sakinlər polisə müraciət edərək evlərindən oğurluq edilməsi ilə bağlı məlumat veriblər.

Dərhal araşdırmalara başlayan polis əməkdaşları cinayət törətməkdə şübhəli bilinən şəxsləri saxlamağa müvəffəq olublar. Kamran İbrahimov, Anar Məmmədov, Orxan Usubov, Radim Usubov evlərdən məişət və geyim əşyaları oğurlamaqla vətəndaşlara ümumilikdə 10 min manata yaxın maddi ziyan vurmaqda təqsirləndirilirlər. Onlar əldə etdikləri məişət avadanlıqlarını dəyərindən dəfələrlə ucuz qiymətə satdıqlarını etiraf ediblər.

Orxan Usubov - saxlanılan şəxs: "Bir televizor, bir aspirator götürmüşük. 5 evə girmişəm. Elə ev var ki, çöldə gözətçi durmuşuq. Nə oğurlamışıqsa, dəyər-dəyməzinə satmışıq. 1000 manatlıq televizoru 100 manata vermişik. Taksinin pulunu çıxandan sonra 5 nəfərin hərəsinə 15 manat qalır".

Radim Usubov - saxlanılan şəxs: "Evlərə mən girmirdim. Qapının ağzında dayanırdım. Onlar girirdilər. Peşmanam deyəndə ki, əlbəttə peşimanam. Niyə peşiman olmayım?"

Polis dəstə üzvlərinin oğurlayıb satdığı bütün avadanlıqları mağazalardan aşkar edərək götürüb.

Faktlarla bağlı cinayət işi açılıb. Saxlanılan şəxslərin digər cinayətlərdə iştirakı istisna edilmir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: