Ukrayna Azərbaycandan ilk dəfə maye qaz idxal edib

1 Dekabr 2016 16:51

Noyabrın üçüncü ongünlüyündə Ukrayna Azərbaycandan 740 ton propan-butan qarışığı idxal edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend UPECO konsaltinq şirkətinə istinadən məlumat verir.

Şirkətin məlumatına əsasən, buna qədər Ukraynaya Azərbaycandan maye qaz tədarük olunmamışdı.

Qazın idxalçıları qismində "Nadejda" və "SOCAR Energy Ukraine" şirkətləri çıxış ediblər.

Milli.Az