Noyabr ayının ən yaxşı futbolçusu - SƏSVERMƏ

1 Dekabr 2016 17:35

Milli.Az bildirir ki, goal.az Azərbaycan Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusunu seçir. Qalib PFL-in təqdim etdiyi futbolçu, klublardan ən çox səs toplayan 2 futbolçu və ötən ay çox qol vuran namizəd arasından oxucular tərəfindən seçilir.

Avqust ayının ən yaxşı futbolçusu Azərbaycan milli komandasının və "İnter"in futbolçusu Ruslan Abışov, sentyabr ayının ən yaxşısı isə "Kəpəz"in müdafiəçisi Renan Alveş, noyabr ayının ən yaxşısı isə "Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev saçilmişdi.

Noyabr ayının ən yaxşı futbolçusu adına namizədlər:

Filip Ozobiç ("Qəbələ", yarımmüdafiəçi)

Dino Ndlovu ("Qarabağ", hücumçu)

Orxan Əliyev ("Kəpəz", yarımmüdafiəçi)

Ağabala Ramazanov ("İnter", hücumçu)

Milli.Az