Zurabyan: "İndi danışıqlar prosesində şərtləri Azərbaycan diqtə edir"

1 Dekabr 2016 16:58

Erməni tərəfinin Qarabağa dair danışıqlarda indiki mövqeyi 90-cı illərdəkindən daha zəifdir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Erməni Milli Konqresi müxalif fraksiyasının rəhbəri, deputat Levon Zurabyan spiker Qalust Saakyana cavab olaraq deyib. Saakyan bildirmişdi ki, Erməni Milli Hərəkatının lideri Levon Ter-Petrosyan o vaxt torpaqları verməyə razı idi.

"Aydındır ki, 90-cı illərdə Azərbaycanın mövqeləri zəif idi. Bakı o vaxt münaqişənin sülh yolu ilə nizamlanmasına öz razılığını verdi. Ermənistan isə güclü tərəf kimi danışıqlar aparırdı. İndi isə danışıqlarda şərtləri Azəbaycan diqtə edir və hətta şərtlərin erməni tərəfinin xeyrinə dəyişməsinə imkan vermək istəmir. Bu günün reallığı bax budur. İndiki danışıqlarda hakimiyyət barışmaz mövqelərdən  çıxış edir, ancaq əslində prosesi dalana dirəyir", - Levon Zurabyan bildirib.

Milli.Az