"Avropa İttifaqına tam hüquqlu üzv olmağa hazırıq"

1 Dekabr 2016 16:45

Biz Avropanın ev sahibiyik və bizi Avropadan xaric etməyə nə Avropa İttifaqının, nə də irqçilik pəncəsinə düşənlərin gücü çatar.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O vurğulayıb ki, bütövlükdə Avropada 5 milyon həmvətənimiz yaşayır: "Yüz minlərlə həmvətənimiz gələcəyini Almaniya, Fransa, Belçika və Avropanın şimalı hissəsində qurub" .

R.T.Ərdoğan deyib ki, əgər Türkiyəyə qarşı ağılsız hücumlar bir kənara qoyulsa, rəsmi Ankara Avropa İttifaqına tam hüquqlu üzv olmağa hazırdır: "Vizanı sərbəstləşdirsələr, qaçqınlara yardım etsələr və münasibətlərin qurulmasında yeni səhfələr açsalar, onda biz də onlara xoş niyyət göstərəcəyik. "O qədər çörəyə, bu qədər köftə" düşər? Bizə nə versəniz o qədər də alacaqsınız. Avropa öz üzərinə düşənləri edərsə, biz də verdiyimiz sözə əməl edəcəyik. Əks təqdirdə özləri bilsinlər".

Prezident bildirib ki, terrorçu PKK-nın da sonu çatır: "Təhlükəsizlik qüvvələrimiz hər yerdə indiyədək keçirilməyən əməliyyatlar gerçəkləşdirilər. Şəhidlərimiz olur. Ancaq onlar da etdiklərinin əvəzini çox ağır ödəyirlər. Hədəfimiz onların kökünü kəsməkdir".  

Milli.Az