Milli.Az qol.az-a istinadən bildirir ki, Arif Əsədovun komandası Türkiyənin "Elazığspor" klubu ilə qarşılaşıb. Bu matçda "Neftçi" minimal hesabla uduzub - 0:1.
Qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və futbolçular oyuna qara sarğı ilə çıxıb.
Qeyd edək ki, "Neftçi"nin sabiq futbolçusu Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor" klubu Türkiyə birinci liqasında geridə qalan 16 turdan sonra 23 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, ilk yoxlama matçında Səudiyyə Ərəbistanın "Hajer" klubuna 3:1 hesabı ilə qalib gələn "Neftçi" son oyununda Türkiyə təmsilçisi "Kayseri Erciyesspor"la 0:0 bərabərə qalıb.
20 yanvar
Yoxlama oyunu
19:00. "Neftçi" (Azərbaycan) - "Elazığspor" (Türkiyə) - 0:1
Qol: Franko Dario Kangele, 44 (0:1)
Milli.Az