Fransa - İspaniya matçının yeri və tarixi müəyyənləşdi

1 Dekabr 2016 18:58

Fransa və İspaniya millisi 2017-ci ildə yoldaşlıq görüşü keçirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyun martın 26-sı "Stad de France"da baş tutacaq. Bundan öncə hər iki komanda 2018 DÇ seçmə mərhələsində oyuna çıxacaq. Fransa səfərdə Lüksemburq (25 mart), ispanlar isə İsrail millisi ilə (24 mart) qarşılaşacaq.

Qeyd edək ki, tərəflər bundan öncə 34 dəfə üz-üzə gəlib. Fransa 12, İspaniya 15 dəfə qalib gəlib. 7 oyun heç-heçə başa çatıb.

Milli.Az