Metroda milli sərgi - FOTO

1 Dekabr 2016 15:32

Bu gün metronun "Nəriman Nərimanov" stansiyasının keçidlərində "Metro Gallery" layihəsi çərçivəsində növbəti sərginin açılışı oldu. "Azərbaycan Rəssamları" adlanan sərgi "Bakikhanov Residence" komplekslər qrupunun dəstəyilə baş tutub.

Milli.Az xəbər verir ki, stansiyanın hər iki keçidində 6 ay davam edəcək sərgidə ümumilikdə 37 müəllifin 90 əsəri nümayiş olunur.

Qeyd edək ki, bu, "Metro Gallery" layihəsi çərçivəsində "Nəriman Nərimanov" və "Gənclik" stansiyalarının keçidlərində baş tutan sayca 6-cı sərgidir.

Yusif Nəsirli

Milli.Az