Flora Kərimova tədbirdə əsəbiləşdi: "Tərbiyəsizlər" - VİDEO

1 Dekabr 2016 16:49

Xalq artisti Flora Kərimova "Number one" mükafatlandırma mərasimində əsəbiləşib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni səhnəyə çıxaraq gecəni tez tərk edənləri tərbiyəsiz adlandırıb:

"Bu, məni çox məyus etdi. 76 yaşım var, hələ belə tərbiyəsizlik görməmişəm. Burada qalanların səbrinə, sayğısına, tərbiyəsinə çox sağ ol deyirəm. Mükafatını alıb, tez gedənlərə ayıb olsun. Bir nominasiya da lazımdır. Bir çoxlarına "tərbiyə, münasibət" nominasiyası verilməlidir. Amaliya xanımla (xalq artisti Amaliya Pənahova-red.) mən sona kimi oturmuşuq. O birilər gedir. Sənətə ürəyimizi qoyuruq. Hər adam bu ürək döyüntüsünü eşitmir".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Flora Kərimova tədbirdə əsəbiləşdi: