Azərbaycana 750 ədəd "partladan" keçirmək istədilər - FOTO

1 Dekabr 2016 15:23

Gömrükdə 750 ədəd petarda tipli pirotexnika məmulatı aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, ondan gömrük orqanına bəyan edilməyən 750 ədəd petarda tipli pirotexnika məmulatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az