Azərbaycanın Bosniya və Herseqovina ilə əməkdaşlığında ortaq maraqlar...

1 Dekabr 2016 13:59

"Azərbaycan Bosniya və Herseqovina ilə ikitərəfli əməkdaşlığın gələcək inkişaf yollarını müəyyən edib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə keçirilən görüşdən sonra məbuat nümayəndələri üçün təşkil edilmiş brifinqdə deyib.

Azərbaycanlı nazir bildirib: "Əməkdaşlığımızın prioritet sahələri energetika, Böyük İpək Yolu, nəqliyyat sahələrində əməkdaşlıqdır. Həmçinin təhsil sahəsində əməkdaşlığın yaxşı perspektivləri var. İki ölkə arasında eləcə də hüquqi baza möhkəmləndirilməlidir".

Milli.Az