4 ayın gəlininə qarşı DƏHŞƏTLİ CİNAYƏT - FOTO

1 Dekabr 2016 12:31

Türkiyənin Aydın bölgəsində inanılmaz hadisə baş verib.

Milli.Az sia-ya istinadən xəbər verir ki, 4 ay əvvəl imam nikahı ilə ailə quran 23 yaşlı qadın huşsuz halda ata evinin önünə atılıb. İddiaya görə, xəstəxanaya aparılan qadının qabırğasında və barmaqlarında qırıqlar və cinsi orqanına kimyəvi turşu töküldüyü məlum olub. İşgəncələrə məruz qalan qızın ailəsi polisə şikayət edib və polis şübhəlilərin həbsi ilə bağlı işə başlayıb.

Milli.Az