Türkiyədə fahişəlik edən 6 azərbaycanlı saxlanıldı

1 Dekabr 2016 13:28

Türkiyənin Mersin şəhərində əyləncə məkanlarında polisin keçirdiyi əməliyyat zamanı əxlaqsızlıqla məşğul olan 28 əcnəbi qadın saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyatda təxminən 100 polis əməkdaşı iştirak edib.

Əxlaqsızlıqla məşğul olmaqda şübhəli bilinən 21 suriyalı, 6 azərbaycanlı və bir mərakeşli qadın saxlanılıb.

Milli.Az