Qırğızıstan prezidenti postunu tərk edəcək

1 Dekabr 2016 09:53

Qırğızıstan prezidenti bir ildən sonra postunu tərk edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Almazbek Atambayev bu gün ilin yekunlarına dair mətbuat konfransında deyib.

Qeyd edək ki, A.Atambayev 2011-ci ildə Qırğızıstan prezidenti seçilib. Onun prezidentlik dövrü 2017-ci ilin sonunda bitir.

Milli.Az