Zədələnən Kamran Ağayev nə zaman oynayacaq? - YENİLƏNİB

1 Dekabr 2016 13:56

13:56

Kamranın zədəsi ciddi deyil.
Azərbaycan milli komandasının və "Boavista"nın qolkiperi Kamran Ağayev Portuqaliya Premyer Liqasının 12-ci turunda keçiriləcək "Pasuş de Fereyra" ilə matçı zədə səbəbindən buraxmalı olacaq.

Goal.az xəbər verir ki,  "Boavista"nın həkimi Eduardo Oliveyra CBC Sport-a açıqlamasında zədənin yüngül olduğunu bildirib: "Kamranın zədəsi ciddi deyil və artıq 1 həftədən sonra komanda ilə birlikdə məşqlərə başlaya biləcək".

--------

09:30

Portuqaliyanın "Boavista" klubunun heyətində çıxış edən millimizin qapıçısı Kamran Ağayev ciddi zədə alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli əlcək sahibi məşq zamanı sıradan çıxıb.

Diz nahiyəsindən zədə alan futbolçu tibbi müayinədən keçib. Müayinənin nəticəsinə əsasən, qolkiperin zədəsinin ciddi olduğu bəlli olub. Ağayevin çarpaz bağlarında qopma aşkarlanıb. Bu isə, qolkiperin ən azı 3-4 ay yaşıl meydanlardan kənarda qalması deməkdir. Millimizin qapıçısı "Boavista"nın əsas heyət üzvüdür.

Milli.Az