1 vedrə qızılı apardı: ilin ən maraqlı oğurluğu - VİDEO - FOTO

1 Dekabr 2016 11:13

ABŞ-ın Nyu-York şəhərində baş vermiş oğurluğu polisləri və kriminalistlər "ilin ən maraqlı oğurluğu" adlandırırlar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Nyu-Yorkun Manhetten səmtində baş verib.

İnkassator avtomobili zərgər dükanının qarşısında durub. İnkassatorlar qızıl dolu kiçik vedrələri daşımağa başlayanda onlardan biri cib telefonunu yoldaşından almaq üçün maşından bir qədər aralanıb. Bu zaman yoldan keçən kişi furqon tipli maşına yaxınlaşıb, içi qızıl dolu vedrəni götürərək aradan çıxıb.

Vedrədə 1,6 milyon dollarlıq qızıl vardı. Qızılın ümumi çəkisi 39 kq idi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

1 vedrə qızılı apardı: ilin ən maraqlı oğurluğu