Futbolçuların öldüyü təyyarə qəzasının səbəbi bəlli oldu - FOTO

1 Dekabr 2016 09:44

Braziliyanın "Şapekoense" klubunun futbolçularını daşıyan təyyarənin qəzaya düşməsindən əvvəl pilotla qüllə arasında gedən danışıqların bir qismi ortaya çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səs qeydlərində boliviyalı pilot Migel Alexandro Quirioga qəzadan əvvəl qüllə ilə əlaqə yaradaq eniş üçün təcili icazə istəyib.

Qüllə "Eniş üçün təcili icazə istəyirik, yanacağımız qurtarır" deyən pilotdan vəziyyəti yenidən təsdiq etməsini istəyib. Pilot bu dəfə daha həyəcanlı səslə yanacağın bitdiyini və elektriklərin tamamilə kəsildiyini bildirib. Qüllə isə radarda görünmədiklərini bildirərək marşrutu soruşub.  

Mətbuatda yayılan xəbər görə, hadisə baş verən zaman "Viva Colombiya"ya aid başqa bir təyyarə də təcili eniş üçün icazə istəyib.

Hazırda qəzayla bağlı istintaq davam edir.

Milli.Az