Britaniyanın ən yaşlı kişi sakini 108 yaşında vəfat edib

1 Dekabr 2016 08:40

Böyük Britaniyanın  ən yaşlı kişi sakini Con Mensfild 108 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat verib.
 
Derbişir qraflığında dünyasını dəyişən C.Mensfildin 16 gün sonra 109 yaşı tamam olacağdı.
 
6 uşaq, 10 nəvə və 15 nəticəsi olan C. Mensfildin ölümünün səbəbləri barədə məlumat verilmir.

Milli.Az