Kiprdə elekrik stansiyasında güclü yanğın

1 Dekabr 2016 08:30

Kiprdə "Vasiliko" elektrik stansiyasında güclü yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident müəssisədə təmir işləri aparılarkən qeydə alınıb. Yanğının səbəbləri barədə rəsmi məlumat bu gün veriləcək.  
 
Hadisə nəticəsində zərərçəkənlər barədə məlumat verilmir. Yerli hökumət yanğınla əlaqədar elektrik enerjisinin verilməsində fasilələrin yaranmayacağını bildirib.
 
Kiprin ən iri elektrik stansiyası olan "Vasiliko" adanın yarıdan çox ərazisini elektrik enerji ilə təmin edir.
 
Qeyd edək ki, 2011-ci ildə yaxınlıqda yerləşən hərbi bazada baş vermiş güclü partlayış ilə əlaqədar elektrik stansiyasına ciddi ziyan dəymişdi.

Milli.Az