Seneqallı hücumçu "Mançester Yunayted"ə qarşı oynamayacaq

30 Noyabr 2016 23:43

"Vest Hem Yunayted"in hücumçusu Diafra Sako İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində "Mançester Yunayted"ə qarşı keçiriləcək oyunda meydana çıxmayacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, seneqallı forvard onun minimum 6 həftə reblitasiya keçməlidir. Qeyd edək ki, Sako Premyer Liqanın 13-cü turunda məhz "Yunayted"lə səfər matçında zədələnmişdi. 2-ci dəqiqədə fərqlənən futbolçu 66-cı dəqiqədə əvəzlənmişdi. 

Milli.Az