İmam Həsən Müctəba (ə) Müqəddəs Kitabımız barədə

1 Dekabr 2016 22:15

Məsum İmamların (ə) ən mühüm vəzifələrindən biri - dini, əhkamı və Quran təfsirini təbliğ etmək olmuşdur. Əhli-beyt (ə) - Quranın arifləridirlər. Məsumlar (ə) Quranın batinidirlər və onlardır Quranın həqiqi təfsirçiləri.

Quran barədə İmam Həsən Müctəbanın (ə) mübarək dilindən dinləyək. Ərbəli İmam Həsəndən (ə) nəql edir ki, buyurub: "Bu Quran - nur çırağı, sinələrin şəfasıdır". Allah yolunun yolçusu gərək onun nurunda seyr etsin.
İmam Həsən (ə) başqa yerdə buyurur: "Dünyada Qurandan başqa bir şey qalmamışdır. Ona görə də onu öz rəhbəriniz qərar verin ki, sizi hidayətə yönləndirsin. Qurana ən layiqli insanlar o kəsdir ki, ona əməl edər, baxmayaraq ki, onu əzbərləməz. Qurana ən uzaq insan o kəsdir ki, ona əməl etməz, baxmayaraq ki, onu oxuyar".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmamın (ə) bu nurani sözlərində məqsəd odur ki, Quranın buyurduqlarına əməl edərək onu öz imamınız, rəhbəriniz qərar verin.
İmam Həsən (ə) buyurur: "Bu Quran rəhbər halında Qiyamət günü gələcək və o insanlar ki, Allahın halalını halal, haramını haram biliblər və Qurana iman gətiriblər - behiştə yollanarlar. O insanlar ki, İlahi əhkamı məhv ediblər və Allahın haramını halal qəbul ediblər - atəşə atılarlar".
İmam Həsən (ə) buyurur: "Hər kim Quran barəsində öz rəyi ilə danışar və təfsir edərsə, haqq olsa belə, günah etmiş olar".
İmam Həsən ibni Əli (ə) Allaha həmd etdikdən sonra buyurmuşdur: "Mən o nəsildənəm ki, Allah onlarla səmimi dostluğu hər bir müsəlmana vacib buyurmuşdur".
İmam (ə) buyurur: "Hər kim Quran oxuyar, bir yerinə yetən duası olar, ya gec və ya tez".
İmam Həsən (ə) "Həşr" surəsinin son üç ayəsinin fəziləti barəsində buyurur: "Hər kim səhəri edər və "Həşr" surəsinin son üç ayəsini oxuyar və həmin gündə ölərsə - şəhidlərin möhürünü alar (onların dəftərində qeydə alınar). Gecəni etsə və onu oxusa və həmin gecə ölsə - həmçinin şəhidlərin möhrünü alar".

Milli.Az