Bu əşyalar xərçəng xəstəliyi yaradır

1 Dekabr 2016 21:15

Otaq ətirləri: O çox gözəl ətir saçan otaq ətirləri daşıdıqları formaldeqid ilə əsil bir təhlükədir. Mümkün olduqca seolit və ya təbii yağlar tərkibli məhsullara üstünlük verilməlidir. Əks təqdirdə, sağlamlığınıza ciddi zərər dəyə bilər.

Dekorativ boyalar: Taxta boyamada istifadə olunan yapışqan, akril boyalar və digər vasitələr xərçəng əmələ gətirən maddələri daşıyırlar.
Avtomobil məhsulları: Milli.Az deyerler.org-a istinadən bildirir ki, nəmizlik məhsullarından əlavə, mühərrik içində istifadə edilən məhsulların çoxu zərərlidir. Bu məhsulları evinizdən uzaq tutmağa çalışın.
Şamlar: Süni olaraq düzəldilmiş şamlardan uzaq durmağa çalışın, təbii olaraq hazırlanmış olanları seçin.
Boyalar: Tərkibində uçucu üzvi maddə miqdarı ən az olan məhsulu seçməyə diqqət göstərin.
Əlbəttə, qiymətləri də buna bağlı olaraq yüksək olacaq, lakin sağlamlığınıza görə buna diqqət edin.
Quru təmizləmə: Seçdiyiniz paltarların quru təmizləməyə ehtiyac olmamasına diqqət yetirin. Əgər quru təmizləməyi istifadə etmək məcburiyyətindəsinizsə, maye karbondioksid üsulunu istifadə edən mağazalara üstünlük verin.
Mikrodalğalı soba: Heç vaxt mikrodalğalı sobadan istifadə etməyin, etsəniz də plastik qablarda heçnə qızdırmayın.
Xalça və döşəmə şampunları: Kimyəvi təmizləyicilər yerinə, təbii maddələr ilə hazırlanan məhsulları istifadə etməyə çalışın. Bu sağlamlığınız üçün daha faydalı olacaq.

Milli.Az