Oyunları ayaqla oynamaq daha maraqlıdır - VİDEO-FOTO

22 May 2011 10:32
1980-ci illərdə "Nintendo Entertainment System" (NES) sistemli oyunlar çox populyardı və onlar sadəcə, "Nintendo" adı ilə tanınırdı. Milli.Az xəbər portalı bildirir ki, bir qrup hollandiyalı tələbə də həmin oyunların idarəetmə konsolu olan REŞ-in ən böyük variantını hazırlayıblar. "Tetris" və "Super Mario" kimi oyunların populyar olduğu illəri xatırlayaraq, Deft Universitetində uzunu 3,6 metr, eni isə 1,6 metr olan konsolu təqdim ediblər.

Bu konsol vasitəsilə oynamaq üçün əl yox, ayaqlara ehtiyac duyulur.

Milli.Az