Ən güclü, məşhur və uğurlu qadınlar... - FOTO

2 Dekabr 2016 07:41

Dünyanın ən məşhur fotoqraflarından olan Peter Lindberq 2017-ci ilin "Pirelli" təqviminin fotolarını çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, təqvimin builki buraxılışında məşhur aktrisalar bir araya gəliblər. Parisdə təqdimatı keçirilən təqvimdə 40 foto var.

Fotolarda Cessika Çesteyn, Penelopa Kruz, Nikol Kidman, Runi Mara, Uma Turman, Keyt Uinslet, Robin Rayt, Culiana Mur, Helen Mirren, Lyupita Nyonqo, Alisia Vikander və başqaları yer alıb. Aktrisalar arasındakı yaş fərqi təqvimi daha rəngarəng edib.

Qeyd edək ki, hər zaman yarıçılpaq fotolarla bəzənən "Pirelli" keçən ildən etibarən dünyanın ən güclü, məşhur və uğurlu qadınlarını bir araya yığır.

Milli.Az