İŞİD yaponu edam etdi

24 Yanvar 2015 20:54
İŞİD terror qruplaşmasının silahlıları girov götürülən iki Yaponiya vətəndaşından birini edam edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər verib.

Video görüntülərdə girovlardan biri İŞİD-in yeni tələblərindən bəhs edir. Terrorçular İordaniyada həbsdə olan "İŞİD" üzvünün sərbəst buraxılacağı təqdirdə Yaponiya vətəndaşını azad edəcəklərini bildiriblər .

Hazırda məlumat yoxlanılır.
 

Milli.Az