Dünyanı şoka salan təyyarə qəzası haqda SON MƏLUMAT - YENİLƏNİB - VİDEO - FOTO

29 Noyabr 2016 14:13

14:13

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Braziliyanın "Chapecoense" futbol komandasının futbolçularını aparan təyyarənin qəzaya uğraması nəticəsində 72 sərnişin, 9 ekipaj üzvündən 76 nəfər həyatını itirib, 5-i sağ qalıb.

-----------

11:38

İçində aralarında "Chapecoense"nin futbolçuları da olan 72 sərnişin və 9 ekipaj üzvünün olduğu təyyarədən 15 nəfər sağ çıxıb. 

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, La Seha şəhərinin meri Elkin Ospina deyib ki, təyyarə yanacaq çatışmazlığı səbəbindən Medelyin yaxınlığına düşüb. 

Yaralılar arasında "Chapecoense"nin 4 futbolçusu da var. Bunlardan ikisi müdafiəçi Alan Ruşel və qapıçı Danilo Porterdir. Onlar xəstəxanaya çatdırılıblar. 

----------

11:09

BBC-nin verdiyi məlumata görə, təyyarənin düşdüyü yer dağlıq və qayalıq ərazidir.

----------

10:55

Qəzaya düşən futbolçular yola çıxmadan öncə video paylaşdılar.

Milli.Az bildirir ki, Braziliyadakı kiçik şəhər Çapekonun futbol komandası olan "Chapecoense" iki il əvvəl ölkənin birinci futbol liqasına yüksəlmişdi. Associated Press-in məlumatına görə, klub yola çıxmazdan əvvəl San-Paulodakı "Guarulhos" beynəlxalq hava limanında çəkdiyi bir videonu rəsmi Facebook hesabında paylaşıb.

Həmin videonu təqdim edirik.

Videonu izləmək üçün şəklə klikləyin:
SON DƏQİQƏ: Futbolçuları daşıyan sərnişin təyyarəsi QƏZAYA UĞRADI

----------

10:32

"Associated Press" xəbər verir ki, təyyarə qəzaya düşməzdən əvvəl Kolumbiyada güclü yağış və şiddətli fırtına tüğyan edirdi.

---------

10:28

Milli.Az bildirir ki, "Reuters" agentliyinin məlumatına görə, xilasetmə qrupları qəzanın baş verdiyi ərazidə sağ qalan sərnişinləri çıxarırlar. Məlumata görə, ölənlər də var.

----------

10:21

Medellin bələdiyyə başçısı Federiko Qutierrez qəza nəticəsində sağ qalanların ola biləcəyini söyləyib. Milli.Az "Milliyet"ə istinadən bildirir ki, "Blu Radio"ya açıqlama verən Qutierrez: "Çox böyük ölçüdə bir faciədir", - deyib.

Sərnişin təyyarələrinin hərəkətlərini canlı olaraq yayımlayan Flightradar24 saytındakı məlumatlara görə, Lamia Hava yolları təyyarəsinin Medellinin cənubundakı La Uinon adlanan ərazi yaxınlığına düşdüyü təxmin edilir.

----------

10:02

Milli.Az "Milliyet"ə istinadən bildirir ki, qəzanın yerli vaxtla axşam 10.15 radələrində baş verdiyi deyilir. La Union şəhərinin xilasetmə bürosundan verilən məlumata görə, təyyarənin yerə çırpılması nəticəsində 10 nəfər yaralanıb.

------------

09:53

Boliviyadan havaya qalxan sərnişin təyyarəsi Medellin beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb. Milli.Az "Milliyet"ə istinadən bildirir ki, təyyarədəki 72 sərnişin arasında "Atletico Nacional" futbol komandası ilə oynamaq üçün gələn Braziliyanın "Chapecoense" klubunun oyunçuları da olub.

Qeyd edək ki, iki komanda "Copa Sudamerica"nın finalında bu səhər qarşılaşacaqdı.

Təhməz Təkin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Futbolçuları daşıyan sərnişən təyyarəsinin qəza anı kameralar düşdü

Futbolçuları daşıyan sərnişən təyyarəsi qəzaya uğradı

В крушении самолета в Колумбии выжило около 10 человек

Futbolçuları daşıyan sərnişin təyyarəsi QƏZAYA UĞRADI

Появились первые фотографии с места крушения самолета в Колумбии

Futbolçuları daşıyan sərnişin təyyarəsi QƏZAYA UĞRADI - 1