Ukraynada yeni koalisiya yarandı
11 Mart 2010 12:54
Milli.Az xəbər portalı "İTAR-TASS"a istinadən xəbər verir ki, bunu parlamentin spikeri Vladimir Litvin bəyan edib. Onun sözlərinə görə, yeni koalisiyada Regionlar Partiyası, Litvinin Bloku, Kommunist Partiyası və heç bir fraksiyaya daxil olmayan deputatlar birləşib. Yeni koalisiyanın yaradılmasını nəzərdə tutan sənədi 235 deputat imzalayıb.
Qeyd edək ki, bu razılaşmanın qüvvəyə minməsi üçün minimum 226 deputat imzası tələb olunurdu.
Milli.Az