"Qarabağ" sabahkı oyuna itki ilə çıxacaq

11 Mart 2010 12:42
Bu gün oyun öncəsi son məşqini T.Bəhramov adına Respublika stadionunda keçirəcək son ölkə kubokunun qalibi sabahkı oyunda bir futbolçunun xidmətindən yararlana bilməyəcək. Sarı vərəqə limitini dolduran müdafiəçi Elnur Allahverdiyevin bu tur meydana çıxmayacağı dəqiqdir.

Qeyd edək ki, cümə günü martın 12-də T.Bəhramov adına Respublika stadionunda keçiriləcək "Bakı" - "Qarabağ" oyunu saat 14:00-da başlayacaq və AzTV kanalı ilə canlı yayımlanacaq.

Milli.Az